Ermənistan hərbi təlimlərə başladı

Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrində taktiki təlimlər başlayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Təlimlərin əvvəlində hərbi hissələrdə sıralanma baxışı keçirilib, döyüş hazırlığının müxtəlif səviyyələrində şəxsi heyətin hərəkətləri yoxlanılıb.

Taktiki təlimlərin keçirilməsi bölmələrin əməkdaşlığının təşkili və hərbi texnikanın dislokasiya yerlərindən çıxarılması qaydasının dəqiqləşdirilməsinə, döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün hazırlıq işlərinin təkmilləşdirilməsinə yönəlib.