Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır - Paşinyan AÇIQLADI

Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir.

Sabahinfo.az xəbər verir ki, bunu  Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib: "Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır".