Ermənistan hökuməti BMT Uşaq Fondunun (UNICEF) ölkədəki nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.
Qeyd olunub ki, M.Klark-Hattinqin fəaliyyəti Ermənistan üçün problemli hesab olunub. BMT-nin daimi əlaqələndiricisi və UNICEF nümayəndələri bu qərar barədə məlumatlandırılıb.
M.Klark-Hattinq 2020-ci ilin iyulunda UNICEF-in Ermənistandakı nümayəndəsi təyin olunmuşdu.