Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Fatma Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sabahinfo.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.