Fərdi identifikasiya kodunun konfidenssialığın pozulması deməkdir

“Biz artıq partiyada göstəriş vermişik ki, qanunun 20-ci maddəsinin tələblərinə uyğun olaraq üzvlər telefon və fərdi identifikasiya nömrələrini təqdim etsinlər”.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Siyasi partiyalar haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

Deputat hesab edir ki, fərdi identifikasiya kodunun konfidenssialığın pozulması deməkdir: "Çünki identifikasiya kodu vasitəsilə vətəndaş hətta evdə oturub, bankdan kredit belə götürə bilər. Eyni zamanda, qanunvericilikdə fərdi identifikasiya kodu ilə bağlı ciddi müddəlar da mövcuddur. Bununla yanaşı, heç bir partiyanın bu tələbləri yerinə yetirmək, informasiyanın konfidensiallığını qorumaq imkanı yoxdur”.