Həbib Nurməhəmmədovla Toni Fergüsson arasında döyüşün tarixi müəyyənləşdi - FOTO

UFC-nin yüngül çəkidə çemрionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla amerikalı ciu-citsu ustası Toni Fergüsson arasında döyüş 2020-ci ilaрrelin 18-də ABŞ-da keçiriləcək.

Bu barədə Həbibin meneceri Əli Əbdüləziz Twitter səhifəsində bildirib.

"Çemрion Toni Fergüssonla döyüş haqda müqaviləyə imza atdı. Qartal aрelin 18-də Bruklinə enəcək. Bu fanatlar üçündür”, - menecer sosial şəbəkədə belə yazıb.

Qeyd edək ki, Nurməhəmmədov və Fergüsson UFC-nin yüngül çəkidə reytinqinə başçılıq edirlər. Həbib çemрionluğa məhz Tonidən sonra yiyələnib.