"103" və ambulator yardım xidmətləri müvvəqəti Səhiyyə Nazirliyinə verildi

"103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq.

Bunu Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, bu, yalnız pandemiya dövrünə aiddir.

R.Əliyeva TƏBİB-in strukturunda bir dəyişikliyin olmadığını da söyləyib.

Qeyd edək ki, "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyindədir.