"Ağalar Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul deyil"

Ağalar Vəliyevin köməkçisi İlham Musayev deyib ki, nə deputatın özü, nə də oğlu Pərviz Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Əvvəla Ağalar Vəliyevin özündən başlayaq. Vətəninfo.az xəbər verir ki,bu fikirləri jurnalist Cavanşir Həsənli paylaşıb.Jurnalistin paylaşdığı sənədləri olduğu kimi təqdim edirik:
Cənab deputat "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. "Azəraqrartikinti" ASC 1998-ci ildə eyni adlı dövlət şirkətinin bazasında təsis edilib. Səhmdar Cəmiyyət qeydiyyatdan keçirilərkən, ümumi sayı 461.470 ədəd olan səhmlərinin dəyəri 11.229.400 manat təşkil edib. 1998-ci ildə dolların kursunun 4000 manat civarında olduğunu nəzərə alsaq, təxminən 31000 dollar!
Səhmlərin 51 faizi deputat Ağalar Vəliyevə məxsusdur.
O, Gürcüstana oğlu Pərviz Vəliyevdən əvvəl ayaq açıb. 2015-ci ildən Ağalar Vəliyev ASC-nin Gürcüstanda da törəmə təsis edib. Törəmə şirkət "AS-AQRARŞMENİ" adı ilə Tiflis şəhərində qeydiyyata alınıb. Gürcüstandakı törəmə şirkətin qanuni təmsilçilik hüququ İmran Verdiyevə həvalə olunub.