Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki "Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub.

Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət himnimiz səsləndirilib.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası