Bakıda asvalt çökdü

"Azərsu” ASC Bakıda afalt örtüyünün çökməsi ilə bağlı məsələyə münasibət bildirib. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumatında bildirib ki, Baksol yolunda böyük bir kollektor xətti partlayıb: "Hazırda çökmüş hissədə iş aparılır. Çökən əraziyə yeni dəmir borular yerləşdirilir”.

------

Bakıda afalt örtüyü çöküb.  Məlumata görə, hadisə Dərnəgül şosesi, Baksol yolunda baş verib. Asfaltın çökməsi ilə yanaşı, su borusu da partlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib: "Həmin ərazidə diametri 1200 millimetr olan yüksək təzyiqli kanalizasiya xətti keçir. Həmin kanalizasiya kollektorunda qəza baş verib.

Nəticədə, kanalizasiya suyu ətrafa yayılmağa başlayıb və yolun torpaq yatağını yuyub-aparıb, asfalt çöküb”. "Hazırda "Azərsu” ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Qəza tam aradan qaldırıldıqdan sonra bizim qurum yolun bərpası mümkün olacaq”, - deyə qurum rəsmisi qeyd edib.

Elnarə Həziyeva