Bakıda YPX əməkdaşı ilə münaqişə etmiş həkim: “Şikayətim bütün polislərə aid deyildi” - VİDEO

Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimi, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Mahir Mehdi oğlu ilə Yol Patrul Xidmətinin əməkdaşı arasındakı münaqişə haqqında xəbər vermişdik.

Həkim Mahir Əliyev məsələ ilə bağlı növbəti video müraciət ünvanlayıb.

O bildirib ki, şikayətindən sonra DİN tərəfindən müvafiq reaksiya verilib.

Həkim həmçinin qeyd edib ki, onun müraciəti yanlış yerlərə çəkilib: "Mənim şikayətim konkret şəxsə aid idi. Yenə xüsusi vurğulamaq istəyirəm ki, bunun bütün polislərə aidiyyəti yoxdur. Azərbaycan polisi Azərbaycan xalqının təhlükəsizliyini qoruyur”.

Ətraflı videoda: