Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur - RƏSMİ

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.