Bəhruz Məhərrəmov seçicilərinə növbəti müraciətini etdi

"Bir qrup vətəndaşı dinlədik, problemləri ilə bağlı elə yerindəcə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Baş Prokurorluq, TƏBİB və Yerli icra hakimiyyətinə müraciətlər olundu. Mən bir daha demək istəyirəm, deputat rayonun yaxud hansısa orqanın rəhbəri deyil. Deputat sizin nümayəndənizdir. Sizin problemləri aidiyyatı orqana çatdıran, həllini tələb edən şəxsdir. Arxayın ola bilərsiniz ki, bizə üz tutan heç bir vətəndaşın müraciəti yerdə qalmır, hər bir məsələni aidiyyatı üzrə göndərib nəzarətə götürürük". Bunu millət vəkili Bəhruz Məhərrəmov seçicilərinə növbəti müraciətində deyib. Onun sözlərinə görə, lakin elə məsələlər var ki, məsələn, işlə təminat, bizim imkanlar xaricindədir. Buna görə deputatdan narazı qalmaq insafsızlıqdır. "Yaxud su məsələsi. Bu məsələdə deputatı o zaman ittiham etmək olar ki, millət vəkili problemi dilə gətirməyə, gizlədə. Bu günə qədər həlli mümkün olan, bütün məsələlərin maksimum həllinə çalışmışıq. Bu arada Sizdən bir xahişim də var, imkanlarımızı da nəzərə alın, əgər ay ərzində 500-600 müraciət alırıqsa, əlbəttə, problemlərin həlli vaxt alacaq. Sizdən də çox mən maraqlıyam ki, qaldırdığımız məsələ həll olunsun”-deyə, o, əlavə edib.