“Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib”

Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev Tvitter səhifəsində elan edib:

"Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!".