Elman Rüstəmov: “Bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”

"Yaxın zamanlarda bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycan böyük qələbə qazandı və Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə növbəti ildə də bu qələbənin təsiri altında özünün intibah dövrünü yaşayacaq, Azərbaycan daha da güclənəcək, beynəlxalq nüfuzumuz daha artacaq.