Əminə Ağazadə Kürdəmirin ən ciddi problemini həll edir

Milli Məclisin deputatı Əminə Ağazadə deputat seçildiyi Kürdəmir rayonunun su problemi ilə bağlı aidiyyatı qurumlara müraciət edib. O bununla bağlı facebbok səhifəsində məlumat verib. Qeyd edib ki, 
Bir müddət əvvəl Kürdəmirin ən ağrılı məsələlərindən biri olan su problemi ilə əlaqədar müvafiq qurumlara göndərilmiş məktub və sorğular haqqında seçicilərə məlumat verilib: "Həmçinin, bu problemin rayonumuz üçün həddən artıq vacibliyini nəzərə alaraq Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə geniş məzmunlu arayış da təqdim etmişik. Bildirmək istəyirəm ki, sorğuları ünvanlamazdan əvvəl sizlərdən gələn çoxsaylı müraciətlərlə tanış oldum, sosial şəbəkələr üzərindən mənə ünvanladığınız yazıları oxudum. Bundan əlavə, su probleminin həlli edilməsi üçün mütəxəssislərə müraciətlər edildi, müxtəlf fikirlər, yanaşmalar araşdırıldı. Məsələnin köklü şəkildə həll edilməsi üçün bütün vasitələrdən istifadə etməyə çalışırıq. Ümid edirəm ki, müvafiq qurumlar bizim çağırışlarımıza səs verəcək, hamımız üçün ən vacib olan su probleminin həllində bizlərə dəstək olacaqlar".