Gəncədə maarifləndirici sosial aksiya keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizədə əhalini maarifləndirmək məqsədilə sosial aksiya keçirilmişdir.

YAZTV xəbər verir ki, sosial aksiyada baş idarə əməkdaşları ilə yanaşı, Gəncə Tibb Kolleci TGT-n fəal gəncləri, ASAN və idman könüllüləri vətəndaşlara Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sifarişi ilə hazırlanan maarifləndirici buklet və tibbi maskalar paylamış, koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizədə qaydalara riayət olunması barədə sakinləri məlumatlandırılmışlar.

Gənclər şəhər sakinlərinə xüsusi karantin rejiminin tələblərinə əməl etməyi, sosial məsafə saxlamalarını, şəxsi gigiyenaya diqqət yetirmələrini və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər.

Aksiyada 5 mobil qrup təşkil olunmuş (qrupun tərkibi 3 nəfər olmaqla) və ümumilikdə 15 nəfər gənc iştirak etmişdir.