“İrəli” İB tərəfindən Milli Mətbuat Gününə həsr olunan vebinarın mövzusu informasiya müharibəsi olub

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi məlum təxribatdan sonra işğalçı ölkənin ordusuna tutarlı cavab verən hərbçilərimizə xalqdan, xüsusən də gənclərdən dəstək gəlməkdə davam edir. Küçə və meydanlara axışaraq şəhid olan qəhrəman hərbçilərimizə, döyüşən əsgər və zabitlərimizə birlik, həmrəylik göstərməklə dəstək olmaqla yanaşı, aktiv dəstək və düşmənlə virtual mübarizə sosial mediada da aparıldı.

Son günlərdə ölkə gəncliyinin twitter üzərindən başlatdığı #KarabakhisAzerbaijan kampaniyasına "İrəli” media da öz gəncləri ilə birlikdə qoşulub və "İrəli” gəncləri 60 mindən çox tvit paylaşaraq kampaniyaya dəstək göstərib. "İrəli” İctimai Birliyi günlərdir ölkə gənclərinin bu "virtual müharibə”də göstərdikləri mübarizəni əsas tutaraq, davam edən kampaniyaların təsirini daha da gücləndirmək məqsədilə iyulun 21-də vebinar keçirib.



Belə ki, vebinarın qonaqları yazıçı- jurnalist Orxan Fikrətoğlu, "Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədr müavini Nail Şükürov və ARB televiziya kanalının aparıcısı Murad Həşimov olublar.22 iyul Milli Mətbuat Gününə həsr olunan, Birliyin Mətbuat Katibi Əfsanə Şükürovanın moderatorluğu ilə aparılan bu vebinarda "İnformasiya müharibəsində sosial şəbəkə və mətbuatın rolu” mövzusunda müzakirələr aparılıb və iştirakçılar "virtual müharibədə necə effektiv mübarizə aparmaq lazımdır?” sualına cavab tapıb, digər mövzular ətrafında müzakirələr aparıblar. "İrəli” üzvü olan gənclərin aktiv şəkildə iştirak etdiyi bu vebinar öz işini uğurla başa vurub.

#ireli2020#KarabakhisAzerbaijan