İsmayıllıda yeni fabrik açılacaq

İsmayıllı rayon İvanovka kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə "Karamel" fabrikinin inşasına başlanılıb. Təməlqoyma mərasimində icra hakimiyyətinin başçısı və kənd ağsaqqalları iştirak edib. Tədbirdə rayon rəhbəri ölkə başçısının rayonumuza eləcə də İvanovka kəndinə diqqət və qayğısından danışıb. O, fabrikin rayonda işsizliyin aradan qaldırılmasına və regionun iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyini bildirib. Həmçinin, qeyd edib ki, rayonda belə layihələr, işlər davam edəcək.

Bundan əlavə, İvanovkada quşçuluq fabrikinin də tikintisi nəzərdə tutulub.