Kamran Əliyev: “Torpaq yolla rayonlara getmək istəyənlər geri qaytarılacaq”

"Bəzi şəxslər ötən karantin günlərində karantin postlarından gizli torpaq yolla keçməyə cəhd etdiyi üçün bu dəfə xüsusi texniki vasitələr işə salınacaq”.

Oxu.Azxəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, yalnız karantin postlarındanölkə ərazisində hərəkətə icazə veriləcək:

"Karantin postlarından rayonlara keçmək istəyənlər üçün ezamiyyə vərəqəsi mütləqdir. Yəni işə gedib-gəlmək icazəsi olan şəxslər postlardan rayonlara keçə bilməyəcək.

Həmin şəxslər yalnız iş yerindən ezamiyyə vərəqəsi almalı, həmin sənədi karantin postuna təqdim etməklətək özü postdan rayona buraxılacaq. Digər şəxslər karantin postlarından geri qaytarılacaq”.