Polad Həşimovun oğlu: “Mənim atam, həqiqətən, igid, qəhrəman insan olub”

"Mən fəxr edirəm ki, atam şəhidlik zirvəsinə ucaldı”.

Oxu.Az-ın məlumatına görə, bunu Fəxri Xiyabanda keçiriləndəfn mərasimində şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov bildirib.

"Mənim atam, həqiqətən, igid, qəhrəman insan olub. Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı”.

Daha sonra şəhid generalın oğlu göz yaşlarına hakim ola bilməyib.