Qatili “Lotu Quli”ni öldürməzdən əvvəl “hesabat” üçün onu kameraya çəkib - VİDEO

Kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifovun öldürülməzdən əvvəl çəkilən görüntüləri yayılıb.

"112” "Telegram” kanalının məlumatına görə, kadrlar ona qarşı sui-qəsddən yarım saat əvvəl çəkilib.

"Muzdlu qatil Xan Bakinskiqurbanının arxasında olduğu və sifarişi yerinə yetirməyə hazırlaşdığı barədə "hesabat” qismində videoçəkib”, - deyə xəbərdə bildirilir.



Məlumata görə, qatil öz qurbanınınotağına girib. Həmin vaxtı Nadir Səlifov kart oynayırmış. Qatil onun ənsəsindən dörd güllə atıb. Mühafizəçimuzdlu qatili yaralaya bilib.

Qeyd edək ki, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində sui-qəsdə məruz qalıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətldə şübhəli bilinən iki nəfər – 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov Dənizlidəsaxlanılıb.