“Rayonumuzun heç bir problemi, əhalinin heç bir müraciəti mənim diqqətimdən kənarda deyil…” - ƏMİNƏ AĞAZADƏ DƏ SU PROBLEMİNDƏN DANIŞDI

Son günlər ölkəmizdə yaranmış su problemi, regionlarda suvarma və içməli su çatışmamazlığı gündəmin ən aktual məsələsinə çevrilib. Ölkə Başçısının bu məsələ ilə əlaqədar keçirdiyi müşavirədə səsləndirilən fikirlər problemin nə qədər böyük olduğunu, kənd təsərrüfatına hansı həcmdə ziyan vurduğunu bir daha sübut edir. Milli Məclisdə fəaliyyətimin ilk günlərdindən rayonumuzun suvarma sularına olan təlabatının yaxşılaşdırılması, Kürdəmir şəhərinin kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə Nazirlər Kabinetinə, "Melorasiya və Su Təsərrüfatı” ASC-nin, "Azərsu” MMC-nin rəhbərliyinə, Milli Məclisin müvafiq komitələrinə yazdığım məktublar haqqında sizlərə məlumat vermişəm və mütamadi olaraq rayonumuzun müxtəlif kənd və qəsəbələrindən bu məsələ ilə bağlı operativ məlumat almağa çalışıram.

Sabahinfo.az xəbər verir ki, bunu millət vəkiliƏminə Ağazadə dilə gətirib.

Qeyd edib ki, təqribən bir həftə əvvəl rayonun Pirili kəndindən bir qrup şəxs ona müraciət edərək, kəndin suvarma kanalı ilə bağlı problemi haqqında məlumat verib.

"Mən ilk növbədə yerli qurumlarla əlaqə saxladım, məsələnin detallarını öyrənməyə çalışdım. Kənd sakinlərinin müraciəti əsasında "Melorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyiniə məktub ünvanladım. Ümid edirik ki, müvafiq qurumlar məsələnin həlli istiqamətində üzərilərinə düşən vəzifələri yerinə yetirəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, rayonumuzun heç bir problemi, əhalinin heç bir müraciəti mənim diqqətimdən kənarda deyil və bu məsələlərin həllində mümkün olan bütün imkanlardan istifadə edəcəyəm”-deyə, o, əlavə edib.