Şahmar Mövsümov: Növbəti mərhələlərdə daha çox sahələrdə fəaliyyət bərpa oluna bilər

Bu müsbət tendensiya davam etsə biz daha çox daha çox sahələrdə fəaliyyəti bərpa edə bilərik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, isti havalarda evdə oturmaq çətindir, ancaq bunun müsbət nəticələri görürük: "Başa düşürük ki, bu isti havalarda evdə oturmaq çətindir, ancaq biz bunun müsbət nəticələrini görürük. Son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını və yoluxanların sayının azalmasını görürük.

Ümid edirik azalma tendensiyası davam edəcək. Bu, hamımızım, bütün cəmiyyətimizin əziyyətinin nəticəsidir. Nə qədər müsbət tendensiya olsa biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik. Bu dəfə bərbərxanalar və digər bir sıra sahələrdə fəaliyyət bərpa edildi. Elə mən özüm də bundan istifadə edib saçlarımız düzəltdirmişəm”.

Ş.Mövsümov bildirib ki, hər kəs qaydalara əməl etməliyik: "Ancaq biz başa düşməliyik ki, koronaviorus hələ bizimlədir, əgər biz qaydalara əməl etməsək, virus yenidən artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacağıq ki, bu da heç kimin xoşuna gələn ssenari deyil”.