“Şəhidin adından sosial şəbəkələrdə insanlar oyun oynayırlar…” - BƏHRUZ MƏHƏRRƏMOV HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA ÇAĞIRIŞ ETDİ

Bu gün şəhidin adından sosial şəbəkələrdə insanlar oyun oynayırlar.

Bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputatBəhruz MəhərrəmovŞəhid generalPolad Həşimovun adına Qəbələ rayonunda küçə verilməsi məsələsi ətrafında yaşananlara münasibəti bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu, cinayət təqibinin başlanılması üçün əsas sayılmalıdır: "Ümumiyyətlə, karantin qaydaları ilə bağlı oyunlar oynanılır. Hökumətə qarşı açıq çağırışlar edilir. Bu addımların qarşısı alınmalıdır”.

B. Məhərrəmov bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına çağırış edib.

Millət vəkili eyni zamanda, ölkədə yaranan su probleminə toxunaraq, ümumiyyətlə, su məsələsinə baxışın, yanaşmanın dəyişməsinin vacibliyini dilə gətirib.