Tahir Süleymanov Fonda 20 000 manat vəsait ödəyib

Milli Məclisin sabiq deputatı Tahir Süleymanov  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürüb.

 

Tahir Süleymanov Fonda 20 000 manat vəsait ödəyib.

 

Həmçinin Tahir Süleymanov ölkə başçısına təşəkkür də edib. O bildirib ki, Ali Baş Komandanın bacarığı və ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad olunur:

 

«Bir daha cənab prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Hər işğaldan azad olunan ərazilərimizin qələbə xəbərini eşidəndə ürəyim dağa dönür və sevinirəm. Tanrı həm cənab prezidentimizi, həm də ordumuzu qorusun!. Biz sizinləyik!».


MODERN.AZ