Balotelli ermənini ələ saldı

Daim qalmaqalları ilə gündəmdə olan Mario Balotelli yenə aranı qatıb.

Sabahinfo.az fanat.az-a istinadən xəbər verir ki, "Nitsa"nın italyan ulduzu bu dəfə Kim Kardaşyanı hədəfə alıb.

Belə ki, Balotelli sosial mediada TV ulduzunun fotosunu paylaşaraq əri Kanya Vestə bu sözləri yazıb: "Həqiqətən. Bu nədir ***. Kanye, buna necə icazə verirsən? Estetik cərrahiyə ilə çirkinləşən tək qadın. İyrənc".

İtalyan futbolçunun mesajı sosial mediada geniş müzakirələrə səbəb olub. Kim Kardaşyan isə buna çılpaq fotosunu paylaşaraq cavab verib.