Razi Nurullayev Əli Kərimlini "zombi" adlandırdı

Azərbaycana Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevin gənclərlə görüşü Əli Kərimli və tərəfdarlarının qıcığına səbəb olub. Özlərini sosial şəbəkələrdə "qəhrəman" kimi hiss edən Kərimlinin cəbhəçiləri Nurullayevi təhqir və tənqid edib, onunla bağlı nalayiq ifadələr işlədiblər.

R.Nurullayevməsələ ilə bağlı açıqlama verib. Bildirib ki, AXCP və Yurd təşkilatı həm fəlsəfi, həm əxlaqi, həm də dəyərlər baxımından ayrı-ayrı qurumlardır:

"Bu gün gənclik kimin yanında olduğunu göstərdi, onlar "Yurd" birliyinin yox, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin yanında olduğunu göstərdilər. Qısqanclıq pis vərdişdir. Siyasi qısqanclıq isə təhlükəlidir. Məhz, gənclərlə görüşümü həzm edə bilməyən yurdçular qarğa-quzğun kimi üstümüzə tökülüşüblər.

Amma, narahat deyilik, çünki onlar bir qrup zombiləşmiş, əxlaq prinsiplərinə əməl etməyən kütlədirlər. Söyüş və təhqir yolverilməzdir. Allah onlara hidayət versin”.

azvision.az