Beş ay sonra Çində koronavirusa ən yüksək yoluxma qeydə alındı: Hərbi vəziyyət elan edildi

Çinin Şitszyaçjuan şəhərində koronavirusa 120 yeni yoluxmanın qeydə alınmasından sonra ümumi karantin və hərbi vəziyyət tətbiq edilib.

Bu barədə "Ren TV” məlumat yayıb.

Bu, ölkədə son beş ayda ən yüksək yoluxma hesab olunub. Şəhərdə məktəblər bağlanıb, poçt çatdırılmaları dayandırılıb.

Yoluxmanın artımının "Britaniya ştammı” ilə əlaqəli olduğu bildirilir.