"Yoldaşım da, mən də çalışmalıyıq" - Sevda

"Toya çox üstünlük vermirdim, az gedirdim. Amma bundan sonra çox gedəcəm".

sabahinfo.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Həyat tərzi" verilişində deyib: 

"Bundan sonra artıq toya üstünlük verəcəm. İşləmək lazımdır. Yoldaşım da, mən də çalışmalıyıq. Uşaqlarımıza gözəl gələcək vermək üçün çox işləməliyik".

Artıq çəki alan müğənni 14 kiloqram arıqladığını deyib:

"Ana olduqdan sonra çox kökəldim. Bu günə kimi 14 kiloqram çəki atdım. Hələ 11 də atmalıyam".