Azərbaycanda həbsdəki polkovnik azadlığa buraxıldı

Hərbi Prokurorluq tərəfindən əsgər ölümü ilə bağlı ittiham edilərək həbs edilən Müdafiə Nazirliyinin zabiti məhkəmə zalından azadlığa buraxılıb.

sabahinfo.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, polkovnik Ə.B barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə polkovnik barəsində seçilən həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.