Çin kəşfiyyatı Pentaqonun gizli planlarını ifşa edib

Çin casusları dəfələrlə ABŞ-ın milli təhlükəsizlik qurumları sıralarına daxil olaraq Pentaqonun Çinlə mümkün münaqişəyə dair məxfi planlarının üstünü açmağa nail olublar.

sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Washington Free Beacon” nəşri Konqres komissiyasının hesabatına istinadən məlumat yayıb.  

Sənəd layihəsində qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Sakit okean komandanlığı (USPACOM) kimi qurumlar Çin casuslarının hədəfi olub.    

Pentaqon nümayəndələri qeyd edirlər ki, ən səs-küylü casus qalmaqalı USPACOM-un polkovnik-leytenantı Benjamuin Purs Bişopla bağlı olub. O, 2014-cü ilin martında münasibətdə olduğu çinli qadına məxfi materiallar ötürdüyünü etiraf edib.   

USPACOM-un bir neçə vəzifəli şəxsinin Çin kəşfiyyatına işlədiyi bildirilib.  

Hesabata əsasən, FTB IT şöbəsinin əməkdaşı Kun Şan Co Çun ABŞ-ın müşahidə sahəsindəki yeni texnologiyaları barədə məlumatların Çin tərəfinə ötürdüyünü etiraf edib.  

"Onların əldə etdikləri məlumatlar arasında 5,6 mln. barmaq izləri var. Onların vasitəsilə ABŞ kəşfiyyatına çalışan casusları identifikasiya etmək mümkündür”, - sənəddə deyilir. 

Nəşrin məlumatına görə, hesabatın tam mətni noyabrın 16-da dərc ediləcək.