Əfqanıstan hakimiyyəti İŞİD əsirliyindən 19 nəfəri azad edib

Əfqanıstan hakimiyyəti ölkənin şərqində "İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarının əsirliyində olan 19 dinc sakini azad edib. 

sabahinfo.Az bu barədə TASS-a istinadən xəbər verir. 

Əfqan təhlükəsizlik qüvvələrinin ərazinin İŞİD yaraqlılarından təmizlənməsi əməliyyatı bazar günü Nanqarhar əyalətində keçirilib. 

Polis nümayəndəsinin məlumatına görə, Paçiro-Aqam rayonunda xüsusi əməliyyat nəticəsində 19 dinc sakin azad edilib, onların sırasında uşaqlar da olub. Bütün uşaqlar ailələrinə qaytarılıb. 

Bundan başqa əməliyyat zamanı İŞİD-in 11 terrorçusu Açin rayonunda zərrəsizləşdirib.