Əməkdar artist ağır xəstəliyə tutuldu

Tanınmış qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

sabahinfo.Az bildirir ki, həmkarlarının ölkə.az-a verdiyi məlumata görə, xəstəlik sənətçinin süd vəzilərindədir. Qeyd edilir ki, məhz bu səbəbdən G.Şükürlü mütəmadi olaraq həkim nəzarəti altındadır.

Qeyd edək ki, bir müddət öncə də əməkdar artistin ağır xəstəliyə tutulduğu barədə xəbərlər yayılmışdı. O zaman Şükürlü bu xəbərləri təkzib etmişdi.