Ermənistanın tullantılarına Rusiya sahiblənəcək?

"Rosatom" şirkəti Ermənistan Atom Elektrik Stansiyasının (AES) nüvə yanacağı tullantılarını mühafizə və yenidən emal etməyə hazırdır".

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın "Rostom"un radioaktiv tullantıları, nüvə yanacağı emalı, nüvə və təhlükəli radiasiya müəssisələrinin istismarı üzrə direktoru Oleq Kryukov jurnalistlərə müsahibəsində bildirib.

"Nüvə Yanacağının təkrar Emalı beynəlxalq müqaviləsinə gəlincə, o, istehsalçı dövlətə qaytarılmalıdır", - deyə o vurğulayıb.

Kryukovun sözlərinə görə, bu istiqamətdə danışıqlar gedir, hələlik onun konkret çərçivələri müəyyənləşməyib, hazırda yanacaq Ermənistandadır.sabahinfo.az