General Yanukoviçin "qara kassa"sının sirrini açdı

Ukraynanın Korrupsiyaya qarşı Mübarizə Bürosu sabiq prezident Viktor Yanukoviç və komandasının cinayətlərini təsdiq edib.

sabahinfo.az xəbər verir ki, eks-prezident dövründə olan korrupsiya əməllərindən danışan Təhlükəsizlik Xidmətinin generalı Viktor Trepak Yanukoviçin "qara kassası"nın burada önəmli rol oynadığını bildirib.


"Bu materialların əhəmiyyətli hissəsi "anbar kitabıdır". Bu kitabda korrupsiya ödəmələri, kriminal cəmiyyətin müntəzəm olaraq gördüyü işlərin hesabatı var. Bu, Regionlar Partiyasının "qara kassası"dır. Sənədlərə əsasən sübut etmək olar ki, Yanukoviç hakimiyyətə qanunsuz gəlib və Ukraynanın qanuni prezidenti olmayıb. Onun partiyası təxminən 2 milyard dollar rüşvət alıb. Tez-tez onlar bu sferada nağd pulların mübadiləsi ilə məşğul our, ən yüksək məhkəmə instansiyalarına qədər bu korrupsiya əməlləri uzanırdı. Konstitusiya məhkəməsi də Yanukoviç rejiminin formalaşmasında bilavasitə iştirak edib", - Trepak qeyd edib