İspaniyada erməni təxribatının qarşısı alındı

5-15 may tarixlərində İspaniyada keçiriləcək Costa Blanca Fashion Week- də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edirdi.

Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb”, - deyə Hacıyev qeyd edib.

Benidorm şəhər icra hakimiyyətindən Səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb”.