Mətanət qızının üçüncü nişanından danışdı

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərin üçüncü dəfə nişanlanması barədə danışıb.

Sabahinfo.az ölkə.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Xəzər maqazin"ə bunları deyib:

"Hər bir ana istəyər ki, qızını ər evinə yola salsın. Qız yükü bir az ağırdır. Mən də bütün valideynlər kimi övladımın xoşbəxt olmasını istəyirəm. Qızım onun şəxsi həyatından danışmağımı istəmir. İnşallah, toyunda ürəkdən təbrik edərsiniz".

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğluKərimailəlidir, qızı Ülkər isə iki dəfə nişanlı olub.