Mükafatı 3000 manat olan ssenari müsabiqəsinin nəticələri məlumdur

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi ssenari müsabiqəsinin nəticələri açıqlanıb.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İttifaqın elan etdiyi "Yeni nəfəs-2” ssenari müsabiqəsinin nəticələri açıqlanıb.

Ötən həftə bununla bağlı Respublika Kinematoqrafçılar İttifaqının elan etdiyi "Yeni nəfəs-2” ssenari müsabiqəsinin münsiflər heyəti iclas keçirib və qalibləri müəyyənləşdirib.

Müsabiqədə şəffaflığı qorumaq üçün yazılan ssenarilər kodlaşdırma vasitəsilə münsiflər heyətinə təqdim edilib.

Qaliblərin adları isə 5 noyabr saat 10:30-da Nizami Kino Mərkəzində ssenari müsabiqəsi ilə bağlı keçiriləcək təntənəli tədbirdə elan olunacaq.

Qeyd edək ki, pul mükafatı 3000 manatdır.