Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış telejurnalist Samirə Mustafayeva ANS TV-ə keçməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb.sabahinfo.az- ın azvision.az-a istinadən xəbərinə görə, ATV-nin keçmiş aparıcısı başqa bir telekanala keçmək fikrində olmadığını deyib.

Telejurnalist bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcəyini deyib:
"Mən dövlət qurumlarının birində vəzifə almışam. Sentyabrda vəzifəm təsdiqlənəcək. Hələlik işə hazırlaşıram".

Jurnalist hansı dövlət qurumuna işə düzəlməsi ilə bağlı suala cavab vermək istəmədiyini deyib:

"İşə başlayanda bu barədə açıqlama verəcəyəm".
S.Mustafayeva ATV-dən ayrılmasının Vaqif Mustafayevlə boşanması ilə əlaqələndirilməsinə də münasibət bildirib:

"Bu məlumatların onunla heç bir əlaqəsi yoxdur. Mən sadəcə işimi dəyişmişəm. İnsanlar şayiə yayıb, danışmağı üstün tuturlar. Reallığa baxmaq lazımdır".