Trampın Azərbaycandakı ABŞ səfiri ilə bağlı qərarı

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan dərhal sonra Amerikanın xarici ölkələrdəki təxminən 80 səfirini başqa diplomatla əvəz etmədən vəzifədən çıxarıb.

Sabahinfo.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə The Independent nəşri yazıb.

Məlumata görə, Tramp tələb edib ki, sabiq prezident Barak Obama tərəfindən təyin edilmiş bütün ABŞ səfirləri yanvarın 20-də günortaya qədər öz postlarını ləngimədən tərk etsinlər.

Bununla belə, həmin qərar ABŞ-ın Azərbaycandakı səfirinə, necə deyərlər, toxunmayıb.

"Səfir Robert Sekuta ixtisara salınmış diplomatların siyahısına daxil deyil. O, prezident Obamanın təyinatı yox, karyera diplomatıdır, buna görə də Sekuta Azərbaycanda öz fəaliyyətini davam etdirəcək",-deyə ABŞ səfirliyindən virtualaz.org-a bildiriblər.