Yəməndə 45 adam öldürüldüo

Ərəb ölkələri koalisiyası hərbi qüvvələrinin Yəmənin qərbində yerləşən və husilərin nəzarəti altında olan Hudeydə şəhərinə endirdikləri hava zərbələri nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Məlumata görə, koalisiya qüvvələri hava zərbələrini şənbə günü, gecə saatlarında endiriblər. Ölənlər arasında üsyançılarla yanaşı, şəhərdəki həbsxananın məhbusları da var.
Agentliyin xəbərində bildirilir ki, bombardmana məruz qalmış həbsxanada 80-ə yaxın məhbus olub. Bombardmanları zamanı burada 3 partlayış baş verib.
Qeyd edək ki, ilkin məlumatda 30 nəfərin öldüyü bildirilirdi.
Yəməndə vətəndaş qarşıdurması 2014-cü ildən davam edir.