Fransa Cənubi Qafqaz bölgəsinə əlavə gərginliklər gətirir

"Fransa senatı Azərbaycan əleyhinə qətnaməni 295 səslə qəbul etdi. Qətnamə, erməni diasporası və onlara havadarlıq edən senatorlar tərəfindən irəli sürülmüşdür. Qərəzli olmaqla yanaşı, beynəlxalq hüquqa ziddir və reallıqla heç bir əlaqəsi yoxdur".
Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. O bildirib ki, yaxın keçmişdə Əlcəzairdə, Ruandada milyonlarla insanı qətlə yetirmiş bir ölkə nə haqqla Azərbaycanı təcavüzkarlıqda, heç zaman törədilməmiş cinayətkarlıqda günahlandırır. Bütün imkanları ilə, Xocalıda və Azərbaycanın digər ərazilərində soyqırımlar, ağılla gəlməz qətllər törətmiş, 30 il qonşu ölkənin torpaqlarını işğalda saxlamış erməni terrorçularına himayədarlıq edir:
"Necə olur ki, dünyaya demokratiya dərsi keçən fransızlar, müxtəlif, bir-birinə zidd siyasi partiyaların təmsil olunduğu senat bir komanda ilə, yekdilliklə belə bir qanunsuzluğu təsdiq edirlər. Deməli, onların təlqin etdiyi demokratiya, ancaq özləri üçündür.  Cavab birdir. Azərbaycanın 44 günlük müharibədə erməni bacılarının ,,məğlubedilməz,, ordusunu darmadağın etməsi, işğala son qoyması. Qələbəmimizi  həzm edə bilməmək". 
 Deputat qeyd edib ki, eyni zamanda əzəli rəqibi, günü-gündən inkişaf edən və güclənən, keçmiş Fransa müstəmləkələri olan ölkələrdə biabırcasına sıxışdıran Türkiyəyə qarşı ədavət: "Heç kimə sirr deyil ki, son illər, Afrikanın şimalında, Çadda, Liviyada, Malidə, Mərkəzi Afrikada, Nigeriyada, Burkino-fasoda, Livanda, Suriyada, İraqda, Şərqi Aralıq dənizində, eləcə də Cənubi Qafqazda, Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsində, Fransa Türkiyə ilə ciddi rəqabət aparır və uduzur. Ona görə də, ölkə daxilindəki resurslarını, KİV-ləri, QHT-ləri, siyasi təşkilatları, qanunverici orqanın fəaliyyətlərini maksimum "türkəfobiya", "islamofobiya" ətrafında cəmləşdirmişlər. Nəticədə, fransa cəmiyyətində  Azərbaycanın, Türkiyənin simasında düşmən obrazının yaradılmasına nail olmuşlar.  Təbii, belə bir siyasət Fransanın dövlət maraqlarına nə siyasi, nə də ki, iqtisadi maraqlarına cavab vermir. Cənubi Qafqaz bölgəsinə isə, əlavə gərginliklər gətirir. Cavabın  adekvat olacağına şübhə yoxdur.  Burada, Ermənistanın mövqeyini xüsusi vurğulamaq istərdim. Bu ölkə məğlubiyyətdən düzgün nəticə çıxarmadı və sülhü yox, konfrantasiya yolunu tutdu. Növbəti dəfə Geosiyasi güclərin əlində ,, maşa,, rolunu oynamağa üstünlük verdi. Bir şeyi tez unutdu. Bu dəfə Dəmir yumruqdan xilas ola bilməyəcək".