"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!" - Ziyafət Əsgərov

"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın. Bilin ki, Qarabağ Azərbaycandır!"

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.

Komitə sədri qeyd edib ki, Fransa hər zaman ikiüzlülük edib.