"Fransa rəhbərliyi öz yıxıcı siyasətini sonlandırmalıdır" - Jalə Əhmədova

"Gec olmadan Fransa rəhbərliyi öz yıxıcı siyasətini sonlandırmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Jalə Əhmədova Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Fransa Korsikada baş verən hadisələri terror adlandırır: "400 mindən çox korsikalının azadlıq çağırışını seperatizm adlandıran Fransa, Azərbaycanın öz torpaqları uğrunda vuruşmasını qınayır. Öz daxilində olan hadisələrə biganə yanaşan Fransa görəsən, niyə bir ovuc erməninin arzularını reallaşdırmaq üçün çalışır?"