Gədəbəydə avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Gədəbəydə avtomobil qəzası zamanı 5 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində VAZ-2115 markalı avtomobil maneəyə çırpılıb. 

Hadisə zamanı 1995-ci il təvəllüdlü A.Tağızadə, 1997-ci il təvəllüdlü B.Əkbərov, 1995-cı il təvəllüdlü Ç.Məhəmmədli, 1997-ci il təvəllüdlü D.Məhəmmədli, 1993-cü il təvəllüdlü Z.Ələkbərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.