Gələn həftədən Azərbaycanda vaksinasiya başlayacaq - RƏSMİ

Azərbaycanda gələn həftədən koronavirusa qarşı vaksinasiyaya başlanılacaq

Sabahinfo.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir.

"Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi. Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur. Gələn həftədən ölkədə koronavirusa qarşı vaksinasiyaya başlanılır".