"Azərbaycanın gömrük orqanlarının əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçiriblər".
Sabahnifo.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
“Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, - komitə sədri qeyd edib.