Göygöldə kənd təsərrüfatının inkişafında kadr siyasətinin rolu böyükdür

Dövlət və dövlətçilik maraqlarından çıxış edən Elməddin Əhmədov

“Göygöl, Lerik və Masallı rayonlarında kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir”. Bu fikirləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən söyləyib. Bununla bağlı olan çox ciddi məsələnin torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı olduğunu bildirən dövlətimizin başçısı deyib: “Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır”.
Aradan keçən müddət ərzində Göygöldə kənd təsərrüfatının inkişafı ilə bağlı apardığımız araşdırmalar da onu deməyə əsas verir ki, burada Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq sistemli iş görülür. Həyata keçirilən işlər nəticəsindən əkinçilik, maldarlıq və meyvəçilikdə ciddi artım müşahidə olunmaqdadır. Eyni zamanda əkinə yararlı torpaq sahələrinin prosesə cəlbi istiqamətində də müsbət tendensiya sezilir.
Göygöl rayon Dövlət-Özəl Sektor Tərəfdaşlığının İnkişafı Mərkəzinin (DÖSTİM) direktoru Anar Süleymanovun rəhbərliyi ilə rayonun iqtisadi inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm addımlar atılır. Anar Salmanov mediaya verdiyi açıqlamada DÖSTİM-in fəaliyyəti haqqında geniş məlumat verərək bildirib ki, DÖST, PPP (Public Private Partnership) kimi tanınır, dövlət və özəl sektor arasında uzunmüddətli əməkdaşlıq platformasıdır, tik-idarə et-təhvil ver prinsipi əsasında çalışır və müxtəlif sektorlardakı layihələri əhatə edə bilər (nəqliyyat, enerji, su, ictimai binalar sektorları və s.). Dövlət, mülkiyyət və ya nəzarət mexanizmlərini özündə saxlamaqla, digər bir sıra xidmətləri özəl sektora ötürür və əvvəlcədən müəyyən etdiyi tələblərə uyğun keyfiyyətli infrastruktura, cəmiyyət isə əlverişli mühitə sahib olur. Özəl sektor isə riskləri dövlətlə bölüşərək idarəetməni özündə saxlayır, layihənin icrası müddətində dövlət rüsumlarından və yığımlarından azad edilir.

Göygöldə təsərrüfatlara baxış keçirilir


Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq prinsipini əsas tutaraq təsərrüfatlarda fermerlərlə görüşürlər. Mərkəzin direktoru Elməddin Əhmədov, Heyvandarlıq sektorunun müdiri Ramin Kərimov və Bitkiçilik sektorunun müdiri Adil Kərimzadə rayon ərazisində yerləşən arıçılıq, quşçuluq, iri və xırdabuynuzlu heyvanların saxlandığı təsərrüfatlarda, o cümlədən əkin sahələrində fermerlərin üzləşdikləri çətinlik və problemlərin həlli istiqamətində fermerlərlə maarifləndirici söhbətlər aparırlar. Arıların qışlamaya hazırlanması, qış mövsümündə iri və xırdabuynuzlu heyvanların yemləndirilməsi, səpin prosesi, aqrotexniki qulluq qaydalarına düzgün əməl edilməsi ilə bağlı fermerlərə bir sıra zəruri məlumatlar verilir.

Atəş Göygölü alova atıb

Qeyd edək ki, rayonda bundan öncəki məmurlar tərəfindən həyata keçirilən yarıtmaz kənd təsərrüfatı siyasəti nəticəsində sosial-iqtisadi inkişafla yanaşı rayonun ümumi göstəricilərində geriləmə nəzərə çarpırdı. Bununda başlıca səbəbi mərkəzin keçmiş direktoru Atəş Ayvazov olub. Onun yarıtmaz fəaliyyəti ilə bağlı yazdığım məktubu siz oxucuların diqqətinə çatdırıram: “Bunu sənə yazmada məqsədim səni xəbərdarlıq etməkdir. Kənd təsərrüfatı naziri Cənab İnam Kərimov Müvafiq əmrə əsasən Əhmədov Elməddin Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edib. Bir müddət əvvəl səni bu vəzifədən azad ediblər.Lakin sən rahat durmursan. Dövlətimizin qanunlarına zidd gedərək Əhmədov Elməddinin işləməsinə maneçilik törədirsən.Mən, Elməddin Əhmədovun yanındayam, dəstəkləyirəm və Dövlət Aqrar İnkişaf Mərkəzinin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün dəstəkləyəcəm və kömək edəcəm. Çünki o sənin kimi quldur deyil. Sən ağlını başına topla.Əhmədov Elməddinin işləməsinə maneçilik törətmə. Sən bilirsən ki, Göygöl Rayon Torpaq Şöbəsində müdir vəzifəsində işləyərkən quldurluq edərək hektarlarla tikinti üçün torpaq sahəsini qaynanan başda olmaqla bütün qohumlarının adına sənədləşdirmək, Dövlət Aktı alaraq mənimsəmən haqqında faktları mən sənə sübut etmişəm.Lakin Göygöl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Seyidov səni qoruyaraq heç bir tədbir görmədi və səni Kənd Təsərrüfat Nazirliyinin nəzdində yaranan Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilmənə nail oldu.O vəzifədə də düzgün işləmədin, çünki quldurluq qanına işləmiş. Sən,Elməddin müəllimə çətinlik yaradarsansa sənin barəndə Sosial şəbəkələrdə, Saitlərdə ictimailəşdirərək Ali Baş Komandan,Cənab Prezident,Hüquq Mühafizə Orqanları və Kənd Təsərrüfat Nazirliyinə müraciət göndərəcəm.Mənim ixtisasım Təftişçi-Mühasib olduğu üçün Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin mühasibatliğinda mənim iştirakımla təftiş etdirəcəm.Atəş Ayvazov agıllı ol.Dövlətdən oğurladıqların sənə bəhs edər. Cənab Başçı Elvin Paşayevin kadr siyasətinə qarışma”.

Xancanov Yusif
Göygöl Rayon Ağsaqqalı