Heydər Əliyev siyasəti Azərbaycanın inkşafının əsası və təminatıdır

Ümumilli Liderimiz Heydər Əliyev ömrünü xalqına və Azərbaycanın inkşafına həsr etmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən və təhlükələrdən qorumuş, xilas etmiş, ölkəmizdəki sabitliyin, iqtisadi inkişafın, tərəqqinin əsasını qoymuşdur. Heydər Əliyev Dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Heydər Əliyev siyasəti Azərbaycanın inkşafının əsası və təminatıdır. Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər Azərbaycanın inkşaf və intibah dövrü kimi tarixə həkk olmuşdur. Eyni zamanda Ümumilli Liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daima uca tutmuşdur.

Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsi olmuşdur. Möhtərəm prezidentimiz İlham Əliyev, Ümumilli Liderimizin ona bəslədiyi bütün etimad və etibarı tamlıqla doğrultmuş, Ulu Öndərin başlatdığı bütün işləri yüksək səviyyədə davam etdirmiş, Azərbaycanı dünyada öz gücü, qüdrəti və inkşafı ilə seçilən Qalib bir dövlətə çevirmiş, Ata vəsiyyətini yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan xalqı öz xilaskarını, Ümilli Liderimiz Heydər Əliyevi daima böyük sevgi və ehtiramla yad edəcək və heç zaman unutmayacaqdır.